28.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar məktəblərəd silsilə tədbirlər keçirilib

İmişli rayon ümumi təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, mövcud olduğu müddət ərzində fəaliyyəti barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılıb.

Tədbirlərdə şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr edilmiş şeirlər, mahnılar söyləyib və tarix üzrə biliklərini nümayiş etdirən intellektual yarışlarda iştirak ediblər.


Açar sözlər: ,  ,