02.06.2018

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rayonun ümumi təhsil məktəblərində silsilə tədbirlər keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə çıxış edənlər dünyanın hər yerində qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixindən, ölkəmizdə bu günün hər il bayram edilməsindən və uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.

Tədbirlərdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar, milli rəqslər və mahnılar  nümayiş olunub.


Açar sözlər: ,  ,