12.06.2018

Misir Maxsudlu “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsinin qalibi olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsinə yekun vurulub. 

Müsabiqəyə İmişli rayon ümumi təhsil məktəblərindən Bəcrəvan kənd tam orta məktəbin 11-c sinif şagirdi Misir Maxsudlunun əli işi göndərilib.

Misirin əli işi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək 1-ci yerə layiq görülüb. Qalibə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplom və mükafatı təqdim edilib.


Açar sözlər: ,  ,  ,