12.06.2018

Pedaqoji təcrübə mübadiləsi ilə bağlı növbəti görüş keçirilib

İmişli, Biləsuvar və Cəbrayıl Rayon Təhsil Şöbələrinin pedaqoji əməkdaşlıq sahəsində birgə Tədbirlər Planına uyğun olaraq İmişli Rayon Təhsil Şöbəsində pedaqoji təcrübə mübadiləsi ilə bağlı görüş keçirilib.

Tədbirdə İmişli RTŞ-nin əməkdaşları, Metodik Kabinetin direktoru Sevdimalı Hüseynov, Cəbrayıl RTŞ-nin məsləhətçisi Ağabala Əliyev, təhsil meneceri Mərdan Əlizadə və müəllimlər iştirak edib.

Metodik Kabinetin direktoru Sevdimalı Hüseynov çıxış edərək budəfəki görüşün keçirilməsində məqsədin internet resurslarından daha səmərəli şəkildə istifadə etmək olduğunu bildirib. O, qeyd edib ki, müasir təhsil müəllimlərin internet portallarından istifadəsini zəruri edir.

Təhsil meneceri Mərdan Əlizadə təhsillə bağlı olan internet portallarından istifadə edən müəllimin öz işini xeyli asanlaşdırmasından, dərsin əyaniliyini, keyfiyyətini və səmərəliliyini daha da artırmasından danışıb.

Tədbirdə internet resurslarından istifadə qaydaları haqqında videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,