13.06.2018

Rus dili və ədəbiyyatı olimpiadasının qalibləri

İyunun 6-da Bakı Slavyan Universtetində VII-IX sinif şagirdləri arasında keçirilmiş X rus dili və ədəbiyyatı olimpiadasının mükafatlandırılma mərasimi keçirilib.

Şəhər 5 saylı məktəb-liseyin 8-ci sinif şagirdləri Muxtar Qasımov və Rafael İbrahimov Şirvan şəhərində keçirilimiş yekun mərhələdə uğurlu nəticə göstərərək olimpiadanın qaliblərindən olublar.

Muxtar və Rafael Bakı Slavyan Universtetində keçirilmiş mükafatlandırılma mərasimində diplomla təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xatırladaq ki, 2016-2017-ci tədris ilində Muxtar Qasımov IX rus dili və ədəbiyyatı olimpiadasının qalibi olub.


Açar sözlər: ,  ,