14.06.2018

“Son zəng” tədbirləri keçirilib

Ənənəyə uyğun olaraq “Son zəng” tədbirləri İmişli rayonunun ümumi təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə İmişli rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları, qocaman müəllimlər, ağsaqqallar və valideynlər iştirak ediblər.

Rayonun 62 ümumi təhsil müəssisələrində  17212 nəfər şagird təhsil alır ki, bu il onlardan 1093 nəfəri məzun olur. 2018-2019-cu tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı proqnoz üzrə 1588 nəfərdir.

Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılıb. “Son zəng” tədbirləri yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün maraqlı tədbirlərlə keçirilib.

Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlərin İmişli rayonunda da əksini tapması qeyd olunub. Son on il ərzində rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 42-dən çox məktəb yenidən tikilib və ya binası əsaslı təmir edilib, bu müəssisələr tədris üçün lazımi avadanlıqla təchiz olunub.

Tədbirlərdə valideynlər, müəllimlər qonaqlar onbirinciləri təbrik ediblər, məzunlar isə mahnı və rəqsləri ilə öz məharətlərini göstəriblər. Keçirilən tədbirlərdə yüksək əhval-ruhiyyə hiss olunub. Tədbirlər  son zəngin səsləndirilməsi ilə başa çatıb.


Açar sözlər: ,  ,  ,