20.06.2018

Fənn müsabiqələrinin birinci mərhələsinin nəticəsi məlum olub

İyunun 3-də İmişli rayonu ümumi təhsil məktəblərinin 6-7-ci sinif şagirdləri arasında şəhər 5 saylı məktəb-liseydə keçirilmiş IV Respublika fənn müsabiqələrinin birinci mərhələsinin rayon üzrə nəticəsi məlum olub.

Xatırladaq ki, müsabiqədə 89 nəfər şagird riyaziyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə bilik və bacarıqlarını sınamışlar.

Biologiya fənni üzrə şəhər 5 saylı məktəb-liseyin 7-ci sinif şagirdi Nərgiz Şahbazova, riyaziyyat fənni üzrə Bəhrəmtəpə qəsəbə tam orta məktəbin 6-cı sinif şagirdi  Türkan Şirin və fizika fənni üzrə 1 saylı məktəb-liseyin 7-ci sinif şagirdi Ramilə İbişova birinci mərhələnin qalibi olublar.

Qalib olmuş şagirdlər fənn müsabiqələrinin Bakı şəhərində keçiriləcək respublika mərhələsində iştirak edəcəklər.


Açar sözlər: ,  ,