18.07.2018

Fərqlənmə attestatları təqdim olunub

İmişli rayonu ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirən məzunlara fərqlənmə attestatları təqdim olunub.

İmişli RTŞ-də məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə tədbir keçirilib. Tədbirdə İmişli RTŞ-nin müdiri Ramiz Əmirov, məktəb rəhbərləri, fərqlənən məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirdə Ramiz Əmirov çıxış edərək fərqlənən məzunları və onların valideynlərini təbrik edib. O, məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Qeyd edək ki, İmişli rayon ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 1134, tam orta təhsil səviyyəsi üzrə isə 999 nəfər bitirib. O cümlədən, ümumi orta təhsil səviyyəsi üzrə 1 və tam orta təhsil səviyyəsi üzrə isə 4 nəfər fərqlənmə attestatı alıb.  

 

S.s

Adı və soyadı

Sinif

Məktəbin adı

1

Zəhra Əlizadə

9

Şəhər 5 saylı məktəb-lisey

5

Fəridə Hüseynova

11

Şəhər 5 saylı məktəb-lisey

6

Fərid Hüseynov

11

Şəhər 5 saylı məktəb-lisey

7

Nuray Cəfərzadə

11

Yalavac kənd tam orta məktəb

8

Fidan Kərimova

11

Şahverdli kənd tam orta məktəb


Açar sözlər: ,  ,  ,