13.09.2018

Ənənəvi sentyabr konfransının bölmə iclasları keçirilib

İmişli Rayon Təhsil Şöbəsində ənənəvi sentyabr konfransının metodik bölmə iclasları keçirilib. İclaslar 21 bölmə üzrə aparılıb. İclaslarda məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar, ayrı-ayrı fənlər üzrə metodbirləşmə rəhbərləri, məktəb kitabxanaçıları, praktik məktəb psixoloqları və uşaq birliyi rəhbərləri iştirak ediblər.

Bölmə iclaslarında 2017-2018-ci dərs ilinin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olunub. Təhsil Nazirliyinin “Ümumi təhsil sistemində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli əmrində nəzərdə tutulmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində davam etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Məktəblərdə müvafiq işlərin görülməsi, qabaqcıl iş təcrübələrinin tətbiqi, tədris planı və proqramların yerinə yetirilməsinin təmin olunması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, məktəblilər arasında olimpiadaların keçirilməsi və istedadlı şagirdlərin bilik yarışlarına cəlb olunmasından danışılıb.