13.09.2018

"Fövqəladə  hallar zamanı davranış qaydaları" mövzusunda nəzəri-praktiki tədbir keçirilib

İmişli rayon ümumi təhsil məktəblərinin 2-5-6-cı sinif rəhbərləri ilə "Fövqəladə  hallar zamanı davranış qaydaları" mövzusunda  nəzəri-praktiki tədbir keçirilib.

Tədbirdə Cəbrayıl regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin əməkdaşları baş leytenant Əhməd Əhmədov, Xaliq Nəriman və İmişli rayon Mərkəzi Xəstəxanasının həkimləri,  rayonun Təhsil Şöbəsinin Metodik Kabinetin metodistləri də iştirak edib.

Tədbirdə müəllimlərin və şagirdlərin mülki müdafiə sahəsində biliklərini daim diqqət mərkəzində saxlanılması əsas müzakirə mövzusu olub. Bununla yanaşı, müəllim kollektivinin mülki müdafiə işinin təşkilini, eləcə də, fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri mütəmadi olaraq şagirdlərə aşılamalarının vacibliyi ön plana çəkilib.

Seminarda aşağıdakı məsələlər müzakirə olunub:

II sinif üçün             

1.Məktəblilərə mülki müdafiə haqqında anlayışın verilməsi

2.Fövqəladə hallar və davranış qaydaları haqqında əhaliyə xəbər və  

   məlumatların verilməsi

3.Respiratorun əhəmiyyəti və ondan istifadə qaydası. Tənəffüs üzvlərini  

   mühafizə edən ən sadə vasitələr

4.Uşaq əleyhqazının əhəmiyyəti və ondan istifadə qaydası

5.Şagirdlərin sığınacaqda və daldanacaqda yerləşdirilməsi və davranış     

   qaydaları, ən sadə daldanacaqlar.

6.Şagirdləri qəzaların və təbii fəlakətlərin nəticələrindən mühafizə etmək

   Qaydaları

V sinif üçün

1.Azərbaycan Respublikasının mülki müdafiəsi, onun məqsədi və vəzifələri

2.Müasir kütləvi qırğın vasitələri

3.Fərdi mühafizə vasitələri

4.Bizim yerlər üçün səciyyəvi olan qəzalar, təbii fəlakətlər və onların

   nəticələrindən mühafizə

VI sinif üçün     

1.Kollektiv mühafizə vasitələri

2.Düşmən hücumu təhlükəsi yaranarkən, habelə qəza və təbii fəlakətlər zamanı şagirdlərin fəaliyyəti

3.Qanaxmalar, yanıqlar, sınıqlar və bədbəxt hadisələr zamanı özünə yardım 

   və qarşılıqlı yardım göstərmək üsulları

4.Radioaktiv, zəhərləyici maddələr, bakterioloji (bioloji) vasitələr və güclü

   təsirli zəhərli maddələrlə zədələnmələr zamanı özünə yardım və qaşılıqlı  

   yardım göstərmək qaydaları