17.09.2018

Bilik Fondunun təşəbbüsü ilə tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə şəhər 5 saylı məktəb-liseydə “Azərbaycan Xalq Cümhuriyyəti”nin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İmişli RTŞ-nin əməkdaşı Arif Məmmədov, məktəbin direktoru, müəllim və şagirdlər iştirak ediblər.

Məktəbin tarix müəllimi Natəvan Aslanova 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. Bu tarixdə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu vurğulayıb. Natiq daha sonra AXC-nin movcud olduğu dövrdə gördüyü işlərdən danışıb.

Daha sonra tədbirdə çixiş edən məktəbin tarix müəllimi Yasəmən Şükürova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən danışaraq, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə apardıqlarını bildirib. O, bu mübarizənin nəticəsi olaraq 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cumhuriyyətinin tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirdiyini diqqətə çatdırıb.

Tədbirin sonunda şagirdlər Azərbaycan Xalq Cumhuriyyətinə həsr olunmuş şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,