19.09.2018

Təmir-tikinti işləri davam edir

İmişli rayon Aranlı kənd 2 saylı tam orta məktəb üçün 132 şagird yerlik yeni bina inşa olunur. Təhsil Nazirliyinin sifarişi ilə tikilən bina ikimərtəbəlidir.

Təhsil ocağının tikintisini The Best Constructions MMC aparır. Müasir arxitektura üslubunda inşa olunan təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Binanın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

500 yerlik Xəlifəli kənd  tam orta məktəbdə aparılan cari təmir işləri isə artıq yekunlaşır.


Açar sözlər: ,