21.09.2018

“ASAN xidmət” məktəblərdə

“ASAN xidmət” mərkəzinin və İmişli RTŞ-nin birgə əməkdaşlığı çərçivəsində Yalavac və Qaralar kənd tam orta məktəblərində 10-11-ci sinif şagirdləri ilə görüş keçirilib.

“ASAN xidmət” mərkəzinin əməkdaşları Allahşükür Məmmədov, Könül Hüseynli, Rəşad Məmmədov və Xəyyam Şahbazov “ASAN xidmət” mərkəzləri və onların fəaliyyət prinsipləri, könüllülük proqramı və İmişli rayonunda açılacaq “ASAN xidmət” mərkəzi haqqında şagirdlərə geniş məlumat veriblər.

Həmçinin, görüşlərdə şagirdlərə könüllük fəaliyyətinin istiqamətləri, bu fəaliyyətin gənclərin maariflənməsinə, intellektual və mənəvi inkişafına, cəmiyyətdə fəal iştirakına müsbət təsir etməsindən danışılıb. Bununla yanaşı, könüllülük fəaliyyəti göstərmək istəyən şagirdlərdən anketlər qəbul olunub.


Açar sözlər: ,  ,  ,