21.09.2018

“Biz sülh istəyirik”

Cəfərli kənd 2 saylı tam orta məktəbdə “Beynəlxalq Sülh Günü” münasibətilə “Biz sülh istəyirik” adlı tədbir keçirilib. Məktəbin direktoru Mehman Qasımov mövzu ilə bağlı şagirdlər qarşısında çıxış edib.

O, çıxışında xalqımızın tarixən sülhsevər xalq olduğunu və İslam dəyərlərinə hər zaman vəhdət və sülh çərçivəsində yanaşdığını vurğulayıb. Dağlıq Qarabağ münaqişəsində dinc sakinlərin ermənilər tərəfindən doğma evlərində yaşamaq hüququndan məhrum edildiyini, onlar tərəfindən törədilən Xocalı soyqırımının bəşər tarixinin ən qanlı cinayətlərindən biri olduğunu şagirdlərin diqqətinə çatdırıb.


Açar sözlər: ,  ,