25.09.2018

17615 nəfər şagird təhsil alacaq

2018-2019-cu tədris illində İmişli rayon ümumi təhsil müəssisələrində 17615 nəfər şagird təhsil alacaq.

Rayonun ümumi təhsil məktəblərinə 2018-2019-cu tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə 91 nəfər müəllim təyin olunub.

Bəzi məktəblərdə təmir-tikinti işləri aparılır. Belə ki, Aranlı kənd 2 saylı tam orta məktəbin yeni binasının tikintisi davam edir.

2018-2019-cu tədris ili üçün rayonun ümumi təhsil məktəblərinə ümumilikdə 270 adda 71469 dərslik, 2978 metodik vəsait paylanılıb.

Bu il ali məktəblərə qəbul onlardan 500-dən çox bal toplayanlar 38 nəfər, 600-dən çox bal toplayanlar isə 14 nəfər olub.


Açar sözlər: ,  ,  ,  ,