28.09.2018

İmişli təhsilinin tarixindən. “Unutmayaq, unutmasınlar”

Qurbanəli Niftulla oğlu Məmmədov (1953-2010) İmişli rayonunun Poltavka (indiki Aranlı) kəndində anadan olub. 1973-cü ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. Təyinatla 1973-cü ildə Aranlı kənd orta məktəbinə tarix müəllimi təyin olunub.

1990-cı ildə Qızılkənd kənd orta məktəbində direktor müavini, 1993-cü ildə həmin məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini təyin edilib. 1995-2010-cu ilə kimi Qızılkənd kənd orta məktəbinin direktoru işləyib.

2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Qurbanəli müəllim 2010-cu ildə vəfat edib.


Açar sözlər: ,  ,