01.10.2018

Məktəbəhazırlıq qruplarında dərslər başlandı

Rayonun 50 ümumi təhsil müəssisəsində yaradılmış 74 məktəbəhazırlıq qruplarında 1306 nəfər 5 yaşlı uşaq məktəblərə ilk addımlarını atıb.

Mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məşqələlərin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında dərslərin aparılması təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə verilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyətməşğələləri keçirilir.