05.10.2018

Beynəlxalq Müəllimlər Günü qeyd edilib

İmişli Rayon Təhsil Şöbəsində Beynəlxalq Müəllimlər Günü qeyd edilib. Tədbirdə RTŞ-nin əməkdaşları, qabaqcıl müəllimlər və müəllimlik fəaliyyətinə yeni başlamış gənc müəllimlər iştirak ediblər.

İmişli RTŞ-nin müdiri Ramiz Əmirov bayram münasibətilə müəllimləri təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

O, hər bir müəllimin tədris etdiyi fənnən asılı olmayaraq, şagirdləri vətənə, xalqa layiq bir övlad olmağa hazırlamasından danışıb. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələri olduğunu diqqətə çatdırıb.

Toplantı iştirakçıları Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2018-ci il tarixli Beynəlxalq Müəllimlər Günü münasibətilə verdiyi sərəncamda Buludlu kənd tam orta məktəbin direktoru Əli Nəcəfovun “Tərəqqi” medalı ilə təltif edilməsini böyük sevinclə qarşılayıblar.

Çıxış edən İmişli RTŞ-nin müdir müavini Vahid Tağıyev gənc müəllimlərə çətinliklərdən qorxmamağı, müəllim adını həmişə uca tutmağı, yenilikçi və fəal olmağı tövsiyə edib. O, bildirib ki, çalışqanlıq və fəallıq olan yerdə hökmən uğur da olacaq.


Açar sözlər: ,