08.10.2018

Xatirə Hüseynova təltif olunub

Son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişaı üzrə Dövlət Strategiyası”na uyğun olaraq müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, təhsilin keyfiyyət göstəriciləri dinamik olaraq yüksəlir. Müəllimlərin əməyinin stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyətli şəkildə artmasına gətirib çıxarıb.

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə qabaqcıl təhsil işçiləri təltiflərə layiq görülüb.

Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq İmişli şəhər 2 saylı tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi Xatirə Hüseynova “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.