15.10.2018

İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilir

2018-2019-cu dərs ilində İmişli rayonunun ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs aparacaq ibtidai sinif müəllimləri üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda ixtisasartırma təlimləri keçirilir.

Təlimlərin keçirilməsində başlıca məqsəd ibtidai sinif müəllimlərinə peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində dəstəyin göstərilməsidir.

Təlimin birinci qrup işində 15 nəfər ibtidai sinif müəllimi iştirak edib. Təlim Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə təhsil mərkəzi (İTE) tərəfindən həyata keçirilir.

Təlimdən sonra ibtidai sinif müəllimləri ilə məktəblərdə fərdi görüşlər keçiriləcək və onların dərsləri dinləniləcək.


Açar sözlər: ,  ,