16.10.2018

Seminar keçirilib

İmişli Rayon Təhsil şöbəsində texnologiya və təsviri incəsənət fənn müəllimlərinin iştirakı ilə seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd rəsm, əl işi, model və digər sahələr üzrə xüsusi qabiliyyət nümayiş etdirən şagirdlərin diqqətdə saxlanılması, onların məlumat bankının yaradılması və belə şagirdlərin müxtəlif yaradıcılıq müsabiqələrində iştirakının təmin edilməsi olub.

Fənn müəllimlərinə məktəblərdə istedadlı şagirdləri üzə çıxarmaq, onlara stimul vermək və digər şagirdlərdə maraq oyatmaq üçün “Gənc rəssamlar ”, “Əl işi göz nuru” və “Balaca modelçilər” kimi sərgilərin təşkili və keçirilməsi tapşırılıb.


Açar sözlər: ,