18.10.2018

“Vətəni tanı”

İmişli rayonu Rəsullu kənd tam orta məktəbində “Vətəni tanı” adlı hərbi mövzuda hərəkətli intellektual oyun keçirilib. Tədbir məktəbin hərbi rəhbəri Natiq Məmmədovun təşəbbüsü, İmişli Rayon Təhsil Şöbəsi və İmişli rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Ziyalı Gənclər Maarifçi Klubu tərəfindən keçirilib.

Yarışda məktəbin 10-11-ci sinif şagirdlərindən təşkil olunmuş 4 komanda mübarizə aparıb.

İlk olaraq Natiq müəllim oyun idarəçisinə şagirdlərin oyunda iştirak etməsi ilə bağlı məruzə edib. Donra Azərbaycan dövlət bayrağı meydana gətirilib. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra Dövlət Himni səsləndirilib.

Beş mərhələdə keçirilmiş oyunda komandalara hər mərhələdə 3 açar sözün tapılması üçün tapşırıq verilib. Tapşırığı icra edən komanda yekun olaraq bir suala cavab vermək şərti ilə növbəti mərhələyə keçib.

Beş mərhələni uğurla başa vuran “Qarabağ” komandası intellektual oyunun qalibi olub. Qalib komandaya yarışın təşkilatçıları tərəfindən müxtəlif mükatlar verilib.


Açar sözlər: ,  ,  ,