22.10.2018

Seminar keçirilib

İmişli Rayon Təhsil Şöbəsində ümumi təhsil müəssisələrinin kitabxanaçılarının seminarı keçirilib.

Seminarın keçirilməsində məqsəd keyfiyyətli tədris, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, şagirdlərdə mütaliə, yazı və nitq mədəniyyətinin inkişafı üçün mütaliə aylığının keçirilməsi və bu kimi digər vacib dəyərləri təbliğ etmək olub.

Seminarda “Ümumi təhsil sahəsində 2018-2019-cu dər ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil nazirinin əmrində məktəb kitabxanaçılarının qarşısında duran vəzifələrdən bəhs edilib. Seminarda məktəb kitabxanalarının işinin günün tələblərinə uyğun qurulması məqsədilə bir sıra təkliflər irəli sürülüb. Şagirdlərin kitabxanalara cəlb edilməsi məqsədilə məktəblərdə “Mütaliə aylığı”nın, “Ən fəal oxucu” və “Bədii əsər haqqında ən yaxşı inşa” müsabiqələrinin keçirilməsinin zəruriliyi qeyd olunub.

Məktəb kitabxanaçılarına “Məktəb kitabxanalarında işin təşkili üçün yaddaş” və digər tövsiyələr paylanılıb.


Açar sözlər: ,  ,