26.10.2018

Şahmat yarışı keçirilib

İmişli RTŞ-nin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə oktaybrın 15 – 25 – də 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı 10 – 15 yaşlı şagirdlər arasında şahmat yarışı keçirilib.  

Yarışda ümumi təhsil məktəblərindən 30 nəfər  şagird iştirak edib. Dairəvi sistem üzrə keçirilən yarışda oğlanlar arasında 1-ci yeri 7 saylı məktəbin 7-ci sinif şagirdi Elnar Abbasov, 2-ci yeri 1 saylı məktəb-liseyin 7 -ci sinif şagirdi  Xəyal Əlizadə və 3-cü yeri 5 saylı məktəb-liseyin 6-cı sinif şagirdi Məftun Gülverdiyev tutub.

Qaliblər İmişli RTŞ və UGİŞM tərəfindən müxtəlif hədiyyələr və diplomla təltif olunublar.


Açar sözlər: ,  ,