29.10.2018

“Kitabxanada bir gün” adlı tədbirlər keçirilib

Bu gün İmişli rayonunun ümumi təhsil məktəblərində “Kitabxanada bir gün” adlı Beynəlxalq Məktəb Kitabxanaları gününə həsr edilmiş tədbirlər keçirilib.

Tədbirlərdə 1999-cu ildə YUNESKO-nun qərarı ilə xüsusi bayram- Beynəlxalq məktəb kitabxanaları günü qəbulu və bu gün məhz cəmiyyətin marağını məktəb kitabxanalarına yönəltmək üçün təsis edilməsi qeyd olunub, bu günün əhəmiyyətindən bəhs edilib, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında böyük rol oynadığı vurğulanıb.

Tədbirlərdə təhsilin kitabxanalardan başlaması şagirdlərin diqqətinə çatdırılıb. O, da bildirilib ki, bu gun hamı müasir dəqiq informasiya istəyir. Bu informasiya isə həmişə çap olunmuş mənbələrdə olub və olacaqdır. Dünyada hələ də dəyərini itirməmiş qiymətli kitablar var, şagirdlər onları böyük məmnuniyyətlə oxuyur və yenilikləri onların səhifələrindən öyrənirlər. Dünyada milyonlarla səhifənin qorunduğu mənbələr var ki, şagirdlər buradakı dərslik və bədii ədəbiyyat səhifələrindəki yeniliklərdən böyük həvəslə istifadə edirlər.

Tədbirdə şagirdlər tərəfindən şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Rəsullu kənd tam orta məktəbində keçirilən tədbirdə isə “Bir qalanın sirri” filmindən Elşənin kitablarla söhbəti epizodu şagirdlər tərəfindən səhnələşdirilərək iştirakçılara təqdim olunub.


Açar sözlər: ,  ,