01.11.2018

Maarifləndirmə tədbirləri keçirilib

İmişli regional ədliyyə idarəsi və İmişli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun 1, 2, 3, 8 saylı və Qaralar kənd tam orta məktəblərində "Bir əsrlik tarix və müasir Azərbaycan ədliyyəsi" adlı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə İmişli regional ədliyyə idarəsi əməkdaşları İlkin Savalan, Ruslan İsmayılov, İmişli RTŞ-nin əməkdaşları və məktəblərin 10 – 11-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirlərdə prezident cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələrinin yaradılması barədə məlumat verilib. Bu fərmanla ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətlərinin genişləndirilməsi, o cümlədən, yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılmasından danışılıb.

Azərbaycan ədliyyəsinin bu günə kimi keçdiyi keşməkeşli tarixi ilə bağlı, həmçinin Ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirlərdə şagirdlərin maraqlı fikirləri dinlənilib və  çoxsaylı sualları cavablandırılıb.


Açar sözlər: ,  ,