06.11.2018

Sınaq imtahanı keçirilib

İmişli Rayon Təhsil Şöbəsi Metodik Kabinetin dəstəyi ilə İmişli şəhər 5 saylı məktəb-liseydə şagirdlər üçün məntiqdən sınaq imtahanı keçirilib.

Sınaq imtahanında məktəbin 7, 8 və 9-cu siniflərdə təhsil alan 100 nəfər şagirdi iştirak edib.

Bu imtahanının keçirilməsində məqsəd şagirdlər arasında məntiq elminə maraq yaratmaq və onlarda məntiqi təfəkkürü inkişaf etdirmək olub.

Sınaq imtahanının nəticələrindən asılı olaraq gələcəkdə də, bu tip sınaq imtahanlarının və məntiqi təfəkkürü inkişaf etdirən bir sıra tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.


Açar sözlər: ,  ,