06.11.2018

“Açıq dərs” keçirilib

Cəfərli kənd 2 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Təhminə Nəsirovanın 8-ci sinifdə “Muğan” mövzusunda “açıq dərs”i olub.  Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak edib.

Dərsdə müasir təlim üsullarından, iş vərəqlərindən və digər resurslardan istifadə olunub. “Bayraq” və “Gerb” qruplarına bölünən şagirdlər onlara verilən suallları təqdimat formasında cavablandırıblar.

Müəllim slayd vasitəsilə şagirdləri sorğu-sual edib. Dərsin gedişində şagirdlərin mövzu ilə bağlı bilikləri mənimsəmələri, sərbəst şəkildə öz fikirlərini ifadə etmələri onların təqdimatlarında özünü göstərib. Qrup liderləri xüsusi fəallıq göstərərək əlavə sualları da cavablandırıblar.

Dərsdə digər fənlərə, xüsusən, tarix fənninə inteqrasiyadan geniş istifadə edilib.

Sonda məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə “açıq dərs”in  müzakirəsi keçirilib. Onlar müəllimin dərsi düzgün qurmasını, fəal təlim üsullarından bacarıqla istifadə etməsini qeyd etməklə yanaşı, ona gələcək dərslərində İKT avadanlıqlarından daha geniş istifadə etməyi tövsiyə ediblər.


Açar sözlər: ,  ,