08.11.2018

Maarifləndirici görüşlər keçirilib

Noyabrın 7-8-də rayonun Otuziki, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kənd tam orta məktəblərində maarifləndirici görüşlər keçirilib. Görüşlərdə İmişli RTŞ-nin əməkdaşları Arif Məmmədov, Ələmdar Quliyev, Vilayət Əliyev və pedaqoji kollektivlər iştirak ediblər.

Görüşlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsi olub.

Görüşdə çıxış edənlər təhsil sahəsində göstərilən elektron xidmətlərin kifayət qədər genişləndirilməsi və səmərəli şəkildə davam etdirilməsi nəticəsində bu xidmətlər üzrə subyektiv amillərin azaldılması və şəffaflığın təmin olunmasını faktlarla diqqətə çatdırıblar. Ümumi təhsil müəssisələrində pedaqoji işə qəbulun, uşaqların I sinfə və məktəbəhazırlıq qruplarına qəbulunun elektron sistem vasitəsilə aparılması, vətəndaş müraciətlərinə baxılması və ictimaiyyətə açıqlığın təmin olunması məsələləri barədə geniş məlumat verilib.

Görüşlərin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,