08.11.2018

Dövlət Bayrağı Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Rayonun ümumi təhsil məktəblərində 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, məktəblərin müəllimləri və şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan “Bayraq milli qürurumuzdur”, “Bayrağımızı qoruyaq və sevək” və "Daima zirvədə ol, dalğalan, ey Bayrağım" adlı tədbirlərdə  “Bayraq günü” ilə bağlı şagirdlərə ətraflı məlumatlar verilib. Bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlərin milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənpərvərlik hissində,  Vətənə məhəbbət ruhunda böyüdüb tərbiyə etmək başlıca məqsədlərdən biri olduğu vurğulanıb.

Şagirdlərin ifasında bayraq, vətən, miilət, dövlət və dövlətçilik haqqında şeirlər, mahnılar səslənib, kompozisiyalar təqdim olunub.


Açar sözlər: ,  ,  ,