14.11.2018

“Səyyar intellektlər” layihəsinin yarımfinal və final mərhələsi keçirilib

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə İmişli rayonu üzrə qalib olmuş “Səyyar intellektlər” layihəsinin yarımfinal və final mərhələsi keçirilib.

Tədbirdə İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov çıxış edərək Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyətindən söz açıb. O, qrant müsabiqəsində qalib olmuş “Səyyar intellektlər” adlı layihənin faydalılığını vurğulayaraq bunun həyata keçirilməsi üçün hərtərəfli dəstək göstərildiyini bildirib.

Sonra layihənin keçdiyi yolla bağlı təqdimat  iştirakçılara nümayiş olunub. Yarımfinal mərhələsində 22 komanda mübarizə apararaq ilk onluq müəyyən edilib. Yarışın final mərhələsində İmişli şəhər 5 saylı məktəb-liseyi 1-ci, şəhər 2 saylı məktəb 2-ci, şəhər 3 saylı məktəb isə 3-cü yerlərin qalibi olublar.

Qaliblər kubok, medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,