15.11.2018

“Milli Dirçəliş Günü”nə həsr olunmuş tədbir keçirilib

İmişli şəhər 1 saylı məktəb-liseydə “Milli Dirçəliş Günü”nə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə məktəbin direktoru Akif Mövsümov açıb.

Məktəbin direktor müavini (təşkilatçı) Razi Ələsgərli çıxış edərək Milli Dirçəliş gününün tarixi əhəmiyyəti ilə bağlı şagirdlərə geniş məlumat verib. O, ümummilli lider Heydər Əliyevin bu istiqlal mücadiləsində öz siyasi uzaqgörənliyi və müdrikliyi ilə xalqa göstərdiyi yoldan danışıb.

Eyni zamanda tədbirdə məktəb şagirdlərinin “Milli Dirçəliş Günü” ilə əlaqədar maraqlı və yadda qalan çıxışları dinlənilib.


Açar sözlər: ,  ,  ,  ,