15.11.2018

Basketbol və voleybol üzrə yarış keçirilib

Noyabrın 12-13-də İmişli rayonunun ümumi təhsil müəssisələrinin arasında idmanın basketbol və voleybol növləri üzrə “Məktəblər arasında respublika çempionatının” rayon mərhələsi keçirilib.

Yarışlarda 16 məktəbin komandaları iştirak edib. Basketbol üzrə yarışda 1-ci yeri şəhər 2 saylı, 2-ci yeri şəhər 7 saylı və 3-cü yeri Rəsullu kənd tam orta məktəbin komandaları tutub. Voleybol üzrə yarışda isə 1-ci yeri Rəsullu, 2-ci yeri şəhər 8 saylı, 3-cü yeri Gövhərli kənd tam orta məktəbin komandaları tutub.

 “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumi təhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, fiziki tərbiyə fənninin təkmilləşdirilməsi, hədəf idman növlərində kütləviliyin artırılması, məktəbdənkənar fəaliyyətlərin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsidir.


Açar sözlər: ,  ,  ,  ,