21.11.2018

İxtisasartırma təlimi keçirilib

Noyabrın 16-20-də İmişli rayonu ümumi təhsil məktəblərində çalışan müəllimər üçün “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” və “Yazı işinin təşkili metodikası” üzrə ixtisasartırma təlimi keçirilib. Təlimdə 136 nəfər müəllim iştirak edib.

Təlimin keçirilməsində məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, məktəbdaxili qiymətləndirilmənin aparılması qaydaları, oxu strategiyaları, yazı işinin təşkili və s. İlə bağlı bilik və bacarıqların inkişaf etdirilməsidir.

Xatırladaq ki, təlim Odlar Yurdu Universiteti tərəfindən aparılıb.


Açar sözlər: ,  ,  ,