26.11.2018

Şahmat yarışı keçirilib

Noyabrın 22-23-də İmişli rayonunun ümumi təhsil müəssisələri arasında idmanın şahmat növü üzrə “Məktəblər arasında respublika çempionatının” rayon mərhələsi keçirilib.  

Yarışda ümumi təhsil məktəblərinin 2-4-cü sinif şagirdlərindən 36 nəfər şagird 7 komandada iştirak edib. Gərgin keçən bu yarışda 1-ci yeri 7 saylı, 2-ci yeri 2 saylı, 3-cü yeri isə 5 saylı məktəb-liseyin komandaları tutub.

Qaliblər müxtəlif diplomlarla təltif olunublar. 1 və 2-ci yerin qalibləri respublika çempionatının Ucar rayonunda keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.

“Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumi təhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, fiziki tərbiyə fənninin təkmilləşdirilməsi, hədəf idman növlərində kütləviliyin artırılması, məktəbdənkənar fəaliyyətlərin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsidir.


Açar sözlər: ,  ,