30.11.2018

Riyaziyyat fənni üzrə qiymətləndirmə imtahanı keçirilib

İmişli şəhər 1 saylı məktəb-liseydə təhsil alan 4-cü sinif şagirdlərinin riyaziyyat fənni üzrə bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək üçün qiymətləndirmə imtahanı keçirilib.

İmtahanda ümumilikdə 6 sinif üzrə 149 nəfər şagird iştirak edib. Şagirdlərə sual kitabçaları iki variantda təqdim olunub. Onlar 1 saat ərzində qapalı və açıq tipli sual tapşırıqlarını cavablandırıblar.

Məlumat üçün onu da bildirək ki, gələn il təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS Beynəlxalq Qiymətləndirmə Proqramı həyata keçiriləcək. TİMSS (Trends in Mathematics and Science Study) - riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan   beynəlxalq qiymətləndirmə proqramıdır.

İmtahanın keçirilməsinin əsas məqsədi də şagirdlərin Beynəlxalq Qiymətləndirməyə hazırlıqlarının yoxlanılması olub.

 


Açar sözlər: ,  ,