03.12.2018

“İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçiriləcək

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən dekabrın 15-də “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçiriləcək. Müsabiqənin beş fəndən: riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilməsi planlaşdırılıb.

Müsabiqənin ümumi mükafat fondu 15000 manatdır.

Hər bir fənn üzrə: 1-ci yer 1500, 2-ci yer 1000 və 3-cü yer 500 manatdır.

Müsabiqə Kapital Bankın baş sponsurluğu ilə həyat keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların müxtəlif layihələrə cəlb olunmasında pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdir.

Müsabiqəyə qoşulmaq istəyən fənn müəllimləri İmişli RTŞ-nin Metodik Kabinetinə müracət etməlidirlər.


Açar sözlər: ,  ,