04.12.2018

Məntiq və dünyagörüş üzrə sınaq imtahanı keçirilib

İmişli şəhər 2 saylı tam orta məktəbdə Metodik Kabinetin dəstəyi ilə rayonunun ümumi təhsil müəssisələrinin 11-ci siniflərində təhsil alan şagirdlər üçün məntiq və dünyagörüş üzrə sınaq imtahanı keçirilib.

İmtahanda ümumilikdə 36 məktəbdən 205 nəfər şagird iştirak edib. Sınaq imtahanının nəticəsindən asılı olaraq gələcəkdə də, bu formatda sınaq imtahanlarının və məntiqi təfəkkürü inkişaf etdirən tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Sınaq imtahanının keçirilməsində məqsəd şagirdlərin məntiqi düşüncə və dünyagörüşlərinin inkişafına dəstək olmaqdır.


Açar sözlər: ,  ,