06.12.2018

Aranlıda məktəb binasının tikintisi davam edir

İmişli rayonu Aranlı kənd tam orta məktəbi üçün tikilən 132 yerlik binanın inşası davam edir.

Tikintisinə avqust ayından başlanılan məktəbin yeni binasında 11 sinif otağı, 6 fənn kabineti, akt zalı, idman zalı və digər yardımçı otaqlar olacaq. İkimərtəbəli məktəb binasında hörgü işləri başa çatıb. Hazırda dam örtüyü vurulur, qapı və pəncərələr yerləşdirilir, suvaq işləri görülür, istilik və elektrik xətləri çəkilir.

Təhsil ocağının dayanaqlı su, istilik və elektrik enerjisi ilə təmin olunması məqsədilə ərazidə su anbarı və qazanxana da tikilib.  


Açar sözlər: ,