11.12.2018

Modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb

Prezident İlham Əliyevin 27 mart 2018-ci il sərəncamına uyğun olaraq İmişli rayonu Muradxanlı kənd ümumi orta məktəb üçün 54 yerlik modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb.

Tikinti işləri Providence Doytch Limited MMC tərəfindən aparılır. Məktəbin yeni binasında 7 sinif və 1 müəllim otağı olacaq. Məktəb dayanaqlı su, istilik və elektrik enerjisi ilə də təmin olunacaq.