14.01.2019

Məktəb direktorlarının iştirakı ilə görüş keçirilib

İmişli Rayon Təhsil Şöbəsində rayonun ümumi təhsil müəssisələrinin direktorlarının və təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verilib.

Görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,