15.01.2019

M. P. Vaqifin “Hayıf ki, yoxdur” qoşmasının təhlili mövzusunda “açıq dərs” olub

İmişli şəhər 6 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Ruslanə Abbasovanın 8-ci sinifdə M. P. Vaqifin “Hayıf ki, yoxdur” qoşmasının təhlili mövzusunda “açıq dərs”i olub.

Müasir təlim üsullarından, xüsusən texnoloji vasitələrdən bacarıqla istifadə edən müəllim dərsdə motivasiya olaraq “Dəli Kür” filmindən qısa bir süjet nümayiş etdirib.

Üç: “Kür”, “Suşa”, “Qarabağ” qruplarına bölünən şagirdlər verilən sual və tapşırıqları iş vərəqlərində icra ediblər. Qruplar təqdimatlarını bu iş vərəqləri əsasında təqdim ediblər.

Dərsdə müasir təlim üsullarından, iş vərəqlərindən və digər resurslardan geniş istifadə olunub. Qrup nümayəndələri onlara verilən sualları təqdimat şəkilində cavablandırıblar. Dərsin gedişində şagirdlərin ədəbiyyat fənni üzrə bilikləri mənimsəmələri, sərbəst şəkildə öz fikirlərini ifadə etmələri onların təqdimatlarında özünü göstərib.

Dərsdə mövzu ilə bağlı digər fənlərə, xüsusən tarix, coğrafiya fənlərinə inteqrasiyadan düzgün istifadə edilib. Qiymətləndirmə zamanı şagirdlərin qrup halında əməkdaşlığı və fəallığı xüsusi qeyd olunub.

“Açıq dərs”in müzakirəsi zamanı müəllimin dərsi düzgün qurmasını, fəal təlim üsullarından istifadə etməsini qeyd etməklə yanaşı, ona gələcək  dərslərində İKT avadanlıqlarından daha geniş istifadə etməyi tövsiyə ediblər.

 


Açar sözlər: ,  ,  ,  ,