16.01.2019

Qızılkənd kənd tam orta məktəbin yeni binası tikilir

İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2018-ci il Sərəncamına uyğun olaraq Qızılkənd kənd tam orta məktəbin 624 yerlik üçmərtəbəli yeni binası tikilir.

Məktəb binasının növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur. Tikintisinə yeni başlanmış bina 24 sinif otağından ibarət olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Məktəb müasir istilik sistemi ilə təchiz ediləcək, sinif fənn kabinetləri, laboratoriyalar, yeməkxana, kompüter otaqları, idman və akt zalları fəaliyyət göstərəcək. Məktəb binasının inşası “AS - Təmir Tikinti” MMC tərəfindən aparılır.

Xatırladaq ki, hazırda rayonun Aranlı kənd 1 saylı tam orta məktəbinin yeni binasının tikintisi və Muradxanlı kənd ümumi orta məktəb üçün modul tipli binanın quraşdırılması davam edir.


Açar sözlər: ,  ,  ,