21.01.2019

“Unutmayaq, unutmasınlar”

Kərim Səmid oğlu Kərimov 1931-ci ildə İmişli rayonunun Əlyetməzli kəndində anadan olub. 1951-ci ildə əla qiymətlərlə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1955-ci ildə ali məktəbi bitirən Kərim müəllim İmişli şəhər 1 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.

1966-cı ildə “Mürəkkəb cümlənin tədrisi metodikası” mövzusunda dissertasiya işini müdafiə edərək pedaqoji elimlər namizədi dərəcəsi alıb.

O, 1971-1980-ci illərdə İmişli Rayon Təhsil Şöbəsinin (keçmiş Xalq Maarif Şöbəsinin) müdiri vəzifəsində işləyib. 1985-1995-ci illərdə İmişli şəhər 5 saylı məktəbin direktoru və daha sonra şəhər 4 saylı məktəbdə məktəb psixoloqu kimi fəaliyyətini davam etdirib.

K. Kərimov 2007 – ci ildə vəfat edib.