29.01.2019

İxtisasartırma təlimində iştirak etmiş müəllimlərin yekun qiymətləndirilməsi keçirilib

2018-ci il noyabrın 16-20-də İmişli rayonunun ümumi təhsil məktəblərində çalışan müəllimər üçün “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” və “Yazı işinin təşkili metodikası” üzrə ixtisasartırma təlimində iştirak etmiş müəllimlərin yekun qiymətləndirilməsi keçirilib.

“Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” üzrə qiymətləndirmədə 72 nəfər müəllim və “Yazı işinin təşkili metodikası” üzrə qiymətləndirmədə isə 64 nəfər müəllim iştirak edib.

Qiymətləndirmə İmişli şəhər 2 saylı tam orta məktəbdə Təhsil İşçilərinin Peşakar İnkişaf İnstitutu (TİPİİ) tərəfindən aparılıb.


Açar sözlər: ,  ,