04.02.2019

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Fevralın 3-də İmişli şəhər 5 saylı məktəb-liseydə 2018-2019-cu tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilib.

Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə  9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. Şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Məktəblilərin fənn olimpiadalarının rayon  mərhələsində  379 nəfər şagird iştirak edib.

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməkdir.

Fənn olimpiadasının iştirakçıları rayon mərhələsinin nəticələrini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənə bilərlər.