11.02.2019

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

Fevralın 9-da İmişli şəhər 5 saylı məktəb - liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqədə  rayonun ümumi təhsil məktəblərinin 8-11-ci sinif şagirdlərini əhatə etməklə 41 nəfər şagird iştirak edib.

Bu mərhələdə şagirdlər təklif olunmuş 12 sual üzrə göstərilən əsərlərin müəllifi, mövzusu, ideyası və tərbiyəvi əhəmiyyətini yazılı şəkildə cavablandırıblar.

Şagirdlərin yazı işləri İmişli Rayon Təhsil Şöbəsində yaradılan münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yekunda rayon mərhələsinin iştirakçıları arasından olan qaliblər “Ədəbiyyat biliciləri” müsabiqəsinin respublika mərhələsinə təqdim ediləcək. 

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilib. Bu müsabiqə həmçinin, Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.


Açar sözlər: ,  ,