13.02.2019

Təhsil Şurasının növbəti iclası keçirilib

İmişli Rayon Təhsil Şöbəsində təhsil Şurasının növbəti iclası keçirilib. İclasda 2018-2019-cu dərs ilinin birinci yarımilinin yekunları ətraflı şəkildə təhlil olunub və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Müzakirələr zamanı məktəblərin fəaliyyətinə bir neçə parametrdən yanaşılıb, nöqsanlar və uğurlar faktlarla qeyd olunub. Müzakirələrdə məktəb rəhbərlərindən 2018-2019-cu dərs ilinin birinci yarımilinə aid alınmış yazılı hesabatlar, eləcə də, yarımilə aid “5”, “4-5” və “3” qiymətlərlə oxuyanların statistikası haqqında məlumatlar, son aylarda RTŞ-nin əməkdaşları tərəfindən məktəblərdə aparılmış monitorinqlərin nəticələri, Təhsil nazirliyinin müvafiq əmrlərinin yerinə yetirilməsi vəziyyəti, habelə 2017-2018-ci dərs ilinin buraxılış imtahanları nəticələri paralel olaraq nəzərə alınaraq təhlil olunub.

Eyni zamanda, hazırkı real vəziyyət müəyyən edilərkən 08 dekabr 2018-ci ildə keçirilmiş 9-cu sinif buraxılış imtahanlarının sınaq qiymətləndirilməsi nəticələri barədə Təhsil Nazirliyi tərəfindən aparılmış təhlil materialları da nəzərə alınıb.

Sonda 2018-2019-cu tədris ilinin ikinci yarımilində qarşıda duran vəzifələr, təhsilin daha da səmərəli təşkili və yüksək keyfiyyətə nail olmaq yolları müzakirə edilib.

Bəzi cari məsələlər də müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

 


Açar sözlər: ,  ,