19.02.2019

“Modul işarəsi daxilində dəyişəni olan bərabərsizliklər” mövzusunda "açıq dərs” keçirilib

İmişli şəhər 3 saylı tam orta məktəbdə riyaziyyatdan “Modul işarəsi daxilində dəyişəni olan bərabərsizliklər” mövzusunda "açıq dərs” keçirilib. Məktəbin riyaziyyat müəllimi Sərdar Heydərov tərəfindən 9-cu sinifində keçirilən dərsdə şagirdlər 3 qrupa bölünüb.

 Müəllim dərs zamanı interaktiv təlim metodlarından geniş və bacarıqla istifadə edib. Dərsin əsas məzmunu müəllim tərəfindən hazırlanmış təqdimatda öz əksini tapıb. O, İKT texnologiyasından istifadə etməklə qurulmuş modellərlə düsturların mahiyyətini şagirdlərin nəzərinə çatdırıb. Bu şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb olub. Yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə müəllim qrup işlərində verilmiş tapşırıqlarda şagirdlərə düstur əsasında misalları həll etməyi və ona uyğun model tərtib etməyi tapşırıb. Şagirdlər onlara verilən tapşırıqların öhdəsindən cəld və məharətlə gəliblər.

Müəllim yeni dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı əsasında riyaziyyat fənnindən keçirilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri təqdimat vasitəsilə hazırlanmış testlərlə sorğu-sual edib.

"Açıq dərs" diskussiya şəklində başa çatıb. Şagirdlərin bilik səviyyəsi qrup şəkilində qiymətləndirilib.

Sonda "açıq dərs" müzakirə olunub. Məktəbin direktoru Şahsuvar Əmirahov, İmişli RTŞ-nin metodisti Şahhüseyn Yusifəliyev "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin riyaziyyat fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.


Açar sözlər: ,  ,  ,  ,