21.02.2019

"Ana dilim - doğma dilim" adlı tədbir keçirilib

İmişli rayon Yalavac kənd tam orta məktəbində 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Ana dilim - doğma dilim" adlı tədbirlər keçirilib. Tədbirdə məktəbin müəllimləri və 11-ci sinif şagirdləri iştirak ediblər.

Çıxış edənlər Beynəlxalq Ana Dili Gününün və Azərbaycan dilinin formalaşması tarixindən, ədəbi dilin zənginliyindən, bu dilin tarixən Qafqazda ümumi anlaşılma dili olmasından, qonşu xalqların dili və mədəniyyətinə təsirlərindən və bu dildə yaranan qiymətli ədəbi  xəzinələrdən danışıblar. Ana dilini qorumaq və inkişaf etdirməklə bağlı söhbətlər aparılıb.

Tədbirdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışılıb və bu gün də dövlətimizin milli mənəvi dəyərlərin qorunmasına, dilimizin inkişafına qayğı ilə yanaşması diqqətə çatdırılıb.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyiblər.

Tədbirlərdə Azərbaycan dilinə həsr olunan videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,